Zuleykha Accessories
Zamansız zərafət və xüsusi zövqlə ərsəyə gətirilib
Bizim Hekayəmiz
Zuleykha Accessories yerli aksesuar brendi olmaqla, həmçinin fərqli xarici brendləri özündə əks etdirən multi-brend butiklər şəbəkəsidir. Butikdə sərgi məhsulları, dəyərli daşlar və məhdud sayda əl işlərindən ibarət olan aksesuarlar, eləcə də gündəmdə olan trend dizaynları əks etdirən modellərə rast gəlmək olar.
Brendin futuristik dizayna sahib Crescent mall filialı ildən ilə müasirləşən Bakımızın proqressiv üslubda binaları və arxitekturasını xatırladaraq onlarla həmahənglik təşkil edir. Brendə aid Crescent mall filialının vitrini Azərbaycanda süni intellektin köməyi ilə hazırlanan ilk və yeganə vitrin dizaynıdır ki, özlüyündə həm bir müasir incəsənət nümunəsidir. Bu səbəbdən butikin məhz bu flaqman filialında digər filiallardan fərqli olaraq, nadir modellər və xüsusi sərgi məhsulları təqdim olunmaqdadır.
Zuleykha Accessories ailəsi hər həftə yenilənən seçimlərilə şəhərimizin dəbli xanımlarına, eləcə də qonalarına xidmət göstərməkdən hər zaman məmnundur.
Brendin OUTLET filialı 28 Mallda yerləşir. 10 İldir ki, bu lokasiyada yerləşən filial artıq daimi müştərilərini özünə alışdırmışdır. Bu filial brendin ilk satış nöqtəsi olmasına baxmayaraq, son illər outlet filialına çevrilmişdir. Bu filalda şəhərin dəb sevərləri trend məhsulları, xüsusən onları endirimli qiymətlərə əldə edir. Məsələ burasındadır ki, brendin illərdir sadiq qaldığı endirim ənənələrinə görə son qalmış əşyalar ekstra endirimdə satışa təqdim olunur. Bu filialın sürətlə dəyişən vitrin dinamikası məhz əlverişli lokasiyası ilə bərabər, eyni zamanda daimi endirim və kampaniyalarına borcludur.
Şəhərin fərqli məkanlarında fəaliyyət göstərən nöqtələrimizin olması ilə bərabər rahatlığınız üçün Sizlərə online satış göstərməkdə məmnuniyyət duyuruq. Bunun üçün veb səhifə, İnstagram, Facebook və Tiktok səhiflərimiz xidmətinizdədir. Çatdırma xidmətimizin sayəsində Sizə şəhərdaxili, eləcə də rayonlarda daha da yaxın olmağa çalışırıq. Daim yenilənən sosial şəbəkə və veb səhifəmizdə yeni kolleksiyalarla bərabər ən son endrim kampaniyaları və daimi müştərilərə sərfəli təkliflərlə tanış ola bilərsiniz.
İndi isə, xoş alış-veriş zamanı!
Sizləri saytımızın fərqli bölmələrində çeşidli model və fərqli qiymətlərə məhsullarımıza nəzər salmağa dəvət edirik!
Dəyərlərimiz
Keyfiyyət
Hər bir aksesuar xüsusi diqqət və incəliklə hazırlanıb
Zərafət
Hər zaman dəbdə olan dizaynlar
Ekoloji davamlılıq
Etik xammal seçimi və istehsal prinsiplərinə sadiqik
Müştəri Xidmətləri
Sizə ən yüksək səviyyədə xidmət təqdim etməyə xüsusi önəm veririk